AZ   |   RU
QDİƏT PA-nın Bakıda keçirilən 65-ci plenar sessiyasının iştirakçıları Qarabağa səfər edəcəklər

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Bakıda keçirilən 65-ci plenar sessiyasının iştirakçıları sabah işğaldan azad olunmuş ərazilərə səfər edəcəklər.

Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) sədri Sahibə Qafarova Bakıda keçirilən QDİƏT PA-nın 65-ci plenar sessiyasında deyib.

O qeyd edib ki, nümayəndələr azad edilmiş ərazilərdəki vəziyyətlə tanış olacaqlar.




  • Bu gün, 10:25