AZ   |   RU
Azərbaycanda fəaliyyət göstərən hakimlərin sayı açıqlanıb

 

Hazırda Azərbaycanda 654 hakim fəaliyyət göstərir.

Missiya.Az xəbər verir ki, bu barədə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda nümayiş olunan videoçarxda bildirilib.

Qeyd olunub ki, rəqəmin ilin sonuna qədər 700-ə çatdırılması gözlənilir. 2027-ci ilin sonuna qədər isə hakimlərin sayı 800-ə çatdırılacaq.




  • Bu gün, 10:30