AZ   |   RU
Bakının Cabir Novruz küçəsi təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində uzunluğu 1,2 km, eni 6 metr olan Cabir Novruz küçəsini təmir edir.

Missiya.Az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.



  • 4-12-2023, 12:21