AZ   |   RU
Azərbaycanda keçirilən moda həftəsi bu gün yekunlaşır


Mədəniyyət Nazirliyinin dəstəyi ilə  “Yaradıcı Həftə” çərçivəsində noyabrın 29-dan başlanan Azərbaycan Moda Həftəsi bu gün öz işini yekunlaşdırır.



Missiya.Az xəbər verir ki, Azərbaycan Moda Həftəsi gənc dizaynerlərin illik "Azərbaycan Fashion Forward" müsabiqəsinin təqdimatını keçirəcək.


Bu təqdimata məşhur dizaynerlərin əsərlərindən ilhamlanmaq və onların yaradıcı ideyalarını həyata keçirmək üçün yeni yetişən dizaynerlər də dəvət olunub.


Bu gün layihə "Ritz-Carlton" otelində moda nümayişi ilə yekunlaşacaq.


Tamaşa saat 19:00-da Şuşa zalında başlayacaq. Builki iştirakçılar və dəvət olunan qonaqlar Gürcüstan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Rusiyadan və digər qonşu ölkələrdən gələn dizaynerlər, dəb sahəsində fəaliyyət göstərən simalar olacaq. 


Qeyd edək ki, Azərbaycan Moda Həftəsinin ilk mövsümü 2015-ci ilin may ayında baş tutub və bununla ölkədə Moda Həftələrinin başlanğıcı oldu. Azərbaycan Moda Həftəsi (AFW) məhz moda sahəsində çalışanların,alıcıların, yerli və xarici mətbuat nümayəndələrinin, eləcə də paytaxtın bütün dəb adamlarının əməkdaşlığı üçün insanları bir araya gətirən platformaya çevrilib.


Hər mövsüm Azərbaycan Moda Həftəsi və Qazaxıstan Moda Həftəsinin baş prodüseri Sayat Dossıbaev müxtəlif brendlərlə əməkdaşlıq təşkil edir. Milli Moda Həftəsinin təşkilatçıları, (AFW) həm də ənənəvi olaraq Bakıda keçirilən bu tədbirə qatılan çoxsaylı qonaqlar tərəfindən ölkəmizin milli dəyərlərinə marağı artırmağa çalışırlar.


Azərbaycan Moda Həftəsinin keçirilməsi xalqlar arasında dostluq və müxtəlif ölkələrin milli adət-ənənələrinə hörmət mövzusu ideyasını əks etdirir.

 

Leyla SƏMƏNDƏR

Missiya.Az









  • 3-12-2023, 14:59