AZ   |   RU
“Heydər Əliyevin həyatı elmi fikrin ən yüksək zirvəsidir”- Zahid Oruc

“Bir əsr yaşı olan Heydər Əliyevin həyatı elmi fikrin ən yüksək zirvəsidir”. 


Missiya.Az xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Oruc deyib. 


O, əlavə edib ki, Ulu öndər Dövlət Akademiyasının Bir Nömrəli Alimidir:


“Ona görə də İlham Əliyevin 20 illik mübarizəsi hərbi Zəfərə gətirib çıxardı. Ölkə başçısı hakimiyyət estafetini qəbul edərkən, elmə və alimə dəyər verən dövlət siyasətinə sahib çıxaraq, dedi, sitat: “müxtəlif ölkələrin tarixinə, keçmişinə, təcrübəsinə nəzər salaraq görürük ki, ölkənin potensialını elmin inkişafı müəyyən edir...: “nə təbii ehtiyatlar, nə coğrafi vəziyyət deyil, məhz intellektual potensial, elmin səviyyəsi o ölkələri tərəqqiyə və inkişafa gətirir”. Gerçəkdən, elm sərvəti tükənməzdir”.


Missiya.Az



  • 24-11-2023, 12:44