AZ   |   RU
Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək



QMİ sədri yeni Roma Papası ilə görüşəcək.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, yaxın vaxtlarda Müsəlman Ağsaqqal Şurasının Vatikanda görüşü planlaşdırılır:

"Vatikanda Roma Papası Robert Frensis Prevostlə də görüşümüz nəzərdə tutulub. Ümidvadam ki, digər Roma papaları kimi o da yaxın zamanlarda Azərbaycana səfər edəcək".




  • Dünən, 09:57