AZ   |   RU
“Ağ Ev özünü regiondan kənarda qoyacaq”- Səməd Seyidov

 

“1992-ci ildə ermənilər bizim torpağımızı işğal edəndə ABŞ “907-ci düzəliş”lə bizə qarşı sanksiya tətbiq etdilər. Çox təəssüf ki, Qərb reallığı görmək istəmədi. Lakin ABŞ özü terrora məruz qalanda bizə müraciət etdi. Biz də onlara yardım əlimizi uzatdıq”. 


Missiya.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov səsləndirib.


S.Seyidov əlavə edib ki, ABŞ üçün “qırmızı xətt” Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi idi: “ABŞ-nin qəbul etdiyi Ermənistanı müdafiə aktı faktiki olaraq Azərbaycana qarşı sanksiya mahiyyəti daşıyırdı. “907-ci düzəliş”i yenidən tərtib etmək ikili standartların aktivləşdirilməsi deməkdir. 


Əgər Bayden bu düzəlişi imzalasa, Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərbə vurulacaq. Amma Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu dəfə zərbə ABŞ-nin özünə dəyəcək. Bu layihədə ABŞ faktiki olaraq enerji təhlükəsizliyi ilə bağlı aparılan işlərdən kənarda qalacaq. Ağ Ev özünü regiondan kənarda qoyacaq”.


Missiya.Az



  • 21-11-2023, 11:38