AZ   |   RU
Azərbaycanlı əsirlərə işgəncə verən ermənilər Azərbaycan xalqından üzr istəyiblər

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

Missiya.Az
xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər.

Müdafiəçilər ilk olaraq çıxışlarında məhkəmə iclaslarının qanunun tələblərinə uyğun aparıldığına görə təşəkkür ediblər.
İttihama münasibət bildirən vəkillər təqsirləndirilən şəxslərin yalnız 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilinmələrini, digər maddələrin isə ittihamdan çıxarılmasını istəyiblər.

Daha sonra təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.

Erməni yaraqlıları son sözlərində məhkəmədə və istintaqda iştirak edən işçilərə təşəkkür ediblər: "Məhkəmə davam edən müddətdə bizimlə çox yaxşı davrandılar. Azərbaycan Prezidentindən, Azərbaycan xalqından və məhkəmədən üzr istəyirik. Yalvararaq bizi bağışlamağı xahiş edirik".

Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə gedib.

  • 2-08-2021, 11:54