AZ   |   RU
Yaponiya ABŞ-dən “Tomahawk” raketləri alacaq


ABŞ hökuməti 2.3 milyard dollar dəyərindəki “Tomahawk” uzaq mənzilli qanadlı raketlərin Yaponiyaya satışını təsdiqləyib.

Missiya.Az
 xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, bu sifarişə “Tomahawk” raketinin 200 ədəd Block V və 200 ədəd Block IV versiyasının satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifariş ilə bağlı baş podratçı rolunda ABŞ-nin “Lockheed Martin” şirkəti çıxış edəcək.

Zərintac Mayisqızı
Missiya.Az


  • 20-11-2023, 12:51