AZ   |   RU
Ermənistan Aİ-yə daxil olması ilə bağlı qanun layihəsini təsdiqlədi


“Ermənistan höküməti ölkənin Avropa İttifaqına (Aİ) qoşulması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib”.


Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hökümətin bu gün keçirilən iclası zamanı məlumat verib.


“Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsi vətəndaş təşəbbüsü kimi Milli Assambleyanın müzakirəsinə çıxarılıb və indi hökumət öz mövqeyini bildirməlidir”, - deyə siyasətçi vurğulayıb.


Mirzoyan qeyd edib ki, son illər Ermənistan və Aİ arasında kifayət qədər gərgin və dinamik münasibətlər olub.


"Onlar çox zəngin idi və müxtəlif sahələri əhatə edirdi. Aİ dəfələrlə Ermənistanda demokratiyaya güclü siyasi dəstəyini ifadə edib. Aİ, faktiki olaraq, Ermənistanın ətrafında təhlükəsizlik mühitinin təmin edilməsində iştirak edir”, - deyə siyasətçi əlavə edib.


Mirzoyan həmçinin Aİ-nin Ermənistanın iqtisadi sabitliyinin möhkəmlənməsinə dəstək verməyə hazır olduğunu da bildirib. 

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:26