AZ   |   RU
10 noyabr bəyanatı Azərbaycanın haqlı mübarizəsinin müsbət nəticəsidir


Azərbaycan Respublikasının müstəqillik tarixində ən böyük hadisələrdən biri İkinci Qarabağ müharibəsidir. 2020-ci 27 sentyabr tarixində başlayan Vətən müharibəsi 10 noyabr 2020-ci ildə ölkəmizin qələbəsi ilə başa çatmışdır.


Azərbaycan öz tarixi ədalətini bərpa etdi və haqlı mübarizəsində qələbə çaldı. Düzdür, bu qələbə çətin yollarla, uzun illər davam edən həsrətdən, nisgildən sonra minlərlə insanın qanı tökülərək qazanıldı. Lakin torpaq uğrunda ölən varsa Vətəndir.


Vətən müharibəsi zamanı Ermənistanın bütün hərbi texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərər verildi. Bunlarla yanaşı, İkinci Qarabağ müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının iradəsini, Azərbaycan silahlı qüvvələrinin şücaətini, ordu və xalqın Ali Baş Komandan İlham Əliyevə olan etimadını gördü. Qazanılan qələbə xalqın birliyinin, həmrəyliyinin təcəssümüdür. Hansı ki, həmin həmrəylik xalqın ən böyük sərvəti və mənəvi dəyəridir.


44 gün davam edən Dəmir Yumruq əməliyyatından sonra Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə 10 noyabr bəyanatı imzalandı. Bu bəyanata əsasən müharibənin hərbi mərhələsi sona çatdı və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu.


 Bununla da rəsmi İrəvanın regionun inkişafına zərər verən işğalçı siyasətinin qarşısı alındı. Bəyanatın imzalanması ilə bir sıra siyasi, iqtisadi və diplomatik uğurların əsası qoyulmuşdur. Regionun inkişafına müsbət təsir göstərən müqavilələrimzalanmış, müxtəlif sahələr üzrə əsaslı müttəfiqliklər yaranmışdır. Bunların ən böyük nümunəsi isə 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Şuşa bəyannaməsinin imzalanmasıdır. Azərbaycan və Türkiyə Respublikaları arasında bağlanmış bu müqavilə iki dost və qardaş dövlət arasında münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində böyük addımdır.


Bu gün Ermənistan-Azərbaycan münaqişəsi tamamilə başa çatıb. Ölkəmiz həm döyüş meydanında, həm dəmasa arxasında öz qüdrətini göstərdi və istədiyinə nail oldu. Azərbaycan Dövlət Sərhəd Xidməti ölkənin bütün sərhədlərində Vətənin keşiyində durur.

 

İşğaldan azad olunmuş bütün torpaqlarımızda AzərbaycanRespublikasının üçrəngli bayrağı dalğalanır. Bütün bunlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevinyeritdiyi mükəmməl daxili və xarici siyasətin, həmçinin xalqın Ona olan inamının nəticəsidir.

 

Zərxanım Abbasova -Gənc jurnalist



  • 10-11-2023, 17:03