AZ   |   RU
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfərə gedib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 10-da Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.

Bu barədə Missiya.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasında iştirak edəcək.



  • 10-11-2023, 14:50