AZ   |   RU
Macar mütəxəssis üzgüçülər və məşqçilərə seminar-treninq keçdi


Azərbaycan Üzgüçülük Federasiyasının idman direktoru İvan Petrov Üzgüçülük üzrə Azərbaycan yığma komandasının Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına qatılıb.

Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə  tanınmış macar mütəxəssis milli komandanın baş məşqçisi ilə birgə məşq prosesini izləyib,  üzgüçülərimizin peşəkarlığının artırılması məqsədilə həm məşqçilər, həm də idmançılar üçün seminar-treninqlər keçib. İdman direktorunun səfərinin məqsədi milli komandada məşqçilərin kvalifikasiyalarının artırılmasına dəstək olmaq, onların sayəsində qabiliyyətli idmançılar yetişdirmək, hazırda milli komandada olan üzgüçülərin potensiallarının üzə çıxarılmasında və bacarıqlarının artırılmasına yardımçı olmaqdır:

“Bu gün Azərbaycanda su idman növləri üzrə artıq yeni gənc nəsil yetişməkdədir.  Artıq bacarıqlı idmançıların sayı artdıqca milli komandanın tərkibinin yenidən formalaşdırılmasına da ehtiyac duyulur. Bu gün Qubada biz həm məşqçilərin və idmançıların peşəkarlıqlarının daha da artırılması istiqamətində işlərimizi davam etdiəcik” deyə İvan Petrov əlavə edib.

Federasiyadan onu da bildirdilər ki, artıq xəbər verildiyi kimi üzgüçülük üzrə milli komanda tam tərkibdə oktyabr ayının 8-dən etibarən Quba Olimpiya Komleksində təlim məşq toplanışındadırlar.



  • 6-11-2023, 22:14