AZ   |   RU
Azərbaycan nümayəndəsi etimadnaməsini GUAM-ın Baş katibinə təqdim edib

Azərbaycanın GUAM-dakı nümayəndəsi Seymur Mərdəliyev etimadnaməsini GUAM-ın Baş katibi Altay Əfəndiyevə təqdim edib.

Missiya.Az xəbər verir ki, bunu diplomat “X” hesabında yazıb.

“Azərbaycan GUAM-a sadiqdir və bu qurum çərçivəsində əməkdaşlığa töhfə verməkdə davam edəcək”,- S.Mərdəliyev bildirib.

Qeyd edək ki, S.Mərdəliyev eyni zamanda Azərbaycanın Ukraynadakı səfiridir.

Xatırladaq ki, GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat 1997-ci ildə yaradılıb. Hazırda təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir. 1999-cu ildən 2005-ci ilədək Özbəkistan da təşkilatın üzvü olub. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlib.



  • 6-11-2023, 17:30