- 14-10-2023, 20:48
SON XƏBƏRLƏR
Bu gün, 21:55 |
Bu gün, 20:17 |
Bu gün, 19:00 |
Bu gün, 18:03 |
Bu gün, 17:59 |
Bu gün, 16:49 |
Bu gün, 16:02 |
Bu gün, 14:57 |
Bu gün, 14:19 |
Bu gün, 13:38 |
Prezident İlham Əliyevin 20 illik siyasi rəhbərliyi ərzində Azərbaycan nəyə nail oldu?
İdmanın, mədəniyyətin, incəsənətinlə dünyanın qarşısına çıxmaq. İqtisadi, hərbi və siyasi vasitələrdən başqa, xalq olaraq unudulmamağın, dövlət olaraq özünü təqdim etməyin ən vacibi, insan kapitalını aşınmaqdan qorumağın əsas formulu məhz budur. Bu həm də informasiya savaşında “cəbhə xəttini” yarmaq üçün ən yaxşı vasitədir.
İyirmi il öncə Azərbaycan Prezidenti ölkəsinə olan kənar ideoloji həmlələri, soyuq savaşı, təbii ki, hər kəsdən daha dəqiq görür və təhlil edirdi. Həmin kənar ideoloji həmlələrin məqsədi Qarabağın işğaldan azad edilməsi prosesinə yol verməmək, Azərbaycanı zəiflətmək idi. Odur ki, Azərbaycan hərbi-siyasi baxımdan güclənmək üçün “ideoloji savaş silahı” olaraq idman, mədəniyyət və incəsənət sahələrini strateji elan etdi. İlham Əliyev bu qətiyyətli addımının qısa zamanda konkret qərarlarla möhkəmləndirdi. Siyasi fəaliyyətinin ilk illərində Azərbaycanda Milli Olimpiya Komitəsini yaratdı. Quruma uzun müddət şəxsən rəhbərlik etdi, o sektoru milliləşdirdi. Bununla az vaxtda Azərbaycan bayrağı və himninin dünyanın ən böyük idman arenalarında böyük qələbələrdən sonra səsləndirilməsinə nail oldu. Daha sonra Azərbaycan özü böyük idman tədbirlərinə ev sahibliyi etdi və dünya tərəfindən idman ölkəsi kimi qəbul olundu.
***
Növbəti sahə mədəniyyət və incəsənət idi. Azərbaycanın bu yöndə ən böyük uğuru ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən Heydər Əliyev Fondunun təsis edilməsi ilə başladı. Fond yaradılışından bu yana Azərbaycan mədəniyyəti, incəsənəti və təhsilinin inkişafı üçün misilsiz xidmətlər göstərib. Azərbaycan muğamını, milli rəssamlıq məktəbini, operasını dünyaya tanıtdırdı. Təhsil sahəsinin milli təhlükəsizlik məsələsi olmasını əsaslandırmaq üçün mühüm layihələr icra etdi. Bundan başqa, müsəlman və türk dünyasında Azərbaycana nüfuz qazandıracaq, ölkəni liderə çevirə biləcək layihələr başlatdı. Sərgilər təşkil edib, məktəblər tikdirdi.
***
Növbəti mərhələ Azərbaycanda SOROS fondu başda olmaqla yüzlərlə Qərb və Avropa maraqlarına çalışan donor təşkilatların Azərbaycan daxilində ölkə əleyhinə apardığı propaqandanın qarşısını almaq idi. Bu proses ölkəyə illeqal daxil olan maliyyə vəsaitlərinin qarşısını almaqla başladıldı. Azərbaycan “siyasi mühacir”, “siyasi məhbus”, “söz və mətbuat azadlığının məhdudlaşdırıldığı” ölkə kimi təbliğ olunmaqdan məhz bu sektorda atdığı addımlarla qurtuldu. Ölkədə QHT-lə iş üzrə milli agentliyin qurulması isə Azərbaycan vətəndaş cəmiyyəti sektorunun milliləşməsi yönündə mühüm addım oldu. (2020-ci ildə Xankəndi-Şuşa yolunda Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə aylarla davam edən “ekoloji terrora yox” aksiyalarında bu milliləşmə özünü əhəmiyyətli dərəcədə göstərdi-J.M)
***
Bu mərhələnin sonrasında ölkədə həm də siyasi islahatlara ehtiyac yaranmışdı. Çünki ölkədə vətəndaş-dövlət münasibətlərində soyuqluq yaratmağa çalışan güclər var idi və onlar islahata tabe olmurdu. Azərbaycan üçün bu həssas mərhələ də İlham Əliyevin siyasi iradəsi ilə həllini tapdı. Məhz bu mərhələ ölkədə milli medianın dirçəlməsi mərhələsinə start vermiş oldu. Beləliklə Prezident özünün “hücum diplomatiyasını” elan etdi, ölkə mediasından, xalqdan ciddi informativ və mənəvi dəstək gözlədiyini söylədi. Dövlət başçısı həm də hər şeyi “xalq dilində” sadəliklərinə və incəliklərinə qədər danışdı.
***
Azərbaycan Prezidentinin böyük uğurlarından biri də milli medianın 2020-ci ilin sentyabrına qədər dirçəlməsi üçün atdığı addımlardır. Uzun illər məhz Azərbaycanın dövlət maraqlarının müdafiəsi yönündə çalışan və zəif düşürülən bir çox media quruluşları, habelə 90-cı illərdə yetişən, keçid dövrü jurnalistləri üçün bu, vacib mərhələ idi. Ona görə ki, həmin dönəmin media simaları təkcə peşə ixtisası, yəni jurnalist olaraq yetişməmişdi. Həm də müstəqilliyin son otuz ilində baş verən tarixi hadisələri vətəndaş kimi yaşamışdılar. Onlar, əslində, tarixin yetişdirdiyi milli peşə adamları idi. Bu nəsil Azərbaycanın ən böyük mənəvi kapitallarından idi. Bu məqamı Azərbaycan Prezidenti dəqiqlik və incəliklə sezdi. Beləliklə, siyasi fəaliyyətinin iyirmi ilinin ən mühüm qərarlarından biri kimi milli media islahatlarını başlatdı. Ölkədə
- Medianın İnkişafı Agentliyi yaradıldı;
- “Media Haqqında Qanun” layihəsi hazırlandı və təsdiq edildi;
- Media Reyestri formalaşdırıldı;
- Mətbuat Şurasının tərkibi yeniləndi;
- Auidiovizual Şura yeniləndi.
Bu situasiya ölkədə həm də liberal medianın formalaşmasına imkan verdi. Liberal mediası formalaşan cəmiyyətdə xarici sərmayə ilə çalışan, xaricdə formalaşdırılan və fəaliyyət göstərən bir çox informasiya resursları zəif düşürüldü və tamaşaçı auditoriyası parçalandı. Beləliklə, ölkədə dövlət-xalq münasibətlərindəki sərinlik də aradan qaldırıldı. Azərbaycan vətəndaşı böyük qələbənin bir addımlığında olduğuna inandı. Qarabağın azad olunması uğrunda düşmənin təxribatlarına cavab olaraq 2020-ci ilin sentyabrında başladılan 44 günlük Vətən müharibəsi sonrası mühüm diplomatik, siyasi, iqtisadi qələbələr üçün ciddi zəmin yarandı.
***
Qırx dörd günlük vətən savaşı müddətində xarici media quruluşlarına verdiyi onlarla müsahibəsində isə Azərbaycan Prezident daha bir nümunə göstərdi. O, dünya üçün yeni milli və fədakar lider obrazını təqdim etdi. Bu, qələbəyə mənəvi hazır olan xalqın xarakterində də oyanış yaratdı. Qarabağ qələbəsindən sonrakı mərhələdə isə Azərbaycan vətəndaşının milli kimliyi, şəxsiyyəti özünə qaytarıldı. Bu da xalqı lideri ətrafında daha sıx birləşməsinə gətirdi. Qarşıdakı uzun illərdə isə bu, təkcə vətəndaş xarakterində deyil, hətta insanların gen dəyişikliyinə gətirə biləcək amildir. Qürurlu, tam, mənəviyyatlı və ədalətli Azərbaycan İNSANI, Qalib VƏTƏNDAŞ obrazı formasında özünü biruzə verəcək.
***
2020-ci ilin sentyabrında yenilənən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində atdığı siyasi, hərbi, diplomatik addımlar təkcə öz maraqlarına deyil regional və bəşəri maraqlara xidmət etdi. Belə ki, ölkə içində,
- Radikal güclər öz mahiyyətini tamamilə itirdi;
- Xarici donor təşkilatlarının illeqal yolla Azərbaycana maliyyə daşımasının qarşısı birdəfəlik alındı;
- Müxtəlif yol və üsullarla Azərbaycanın milli dəyərlərinə zərbələr vurulmasının qarşısı alındı;
- Beynəlxalq media quruluşları ofislərinin Bakıdan uzaqlaşdırılmasından sonra ölkədə xarici güclərin maraqlarına xidmət etmək üçün saxlanılan küçə mediası nüfuzdan düşdü;
- Cənubi Qafqazda Azərbaycanın liderliyi dünya tərəfindən qəbul olundu və dəstəkləndi;
- Azərbaycanın regionda hər kəsə əməkdaşlıq təklifinə müsbət yanaşmaların sayı sürətlə artdı;
- Azərbaycan UNESCO, BMT, Aİ və sair beynəlxalq təşkilatlarda rüşvətlə çalışan erməni qruplarının aşkarlanmasına nail oldu;
- Bəzi “supergüclərin” erməni separatçılarını vasitə kimi istifadə etməsinə dair ciddi faktlar üzə çıxdı;
- Ölkədə gənc nəslin pis vərdişlərə aludə edilməsi üçün Azərbaycana qarşı düşünülmüş layihələrin olduğu dövlət başçısı tərəfindən beynəlxalq təşkilatların kürsülərindən açıq bəyanat edildi;
- Azərbaycanın Qərb və Avropanın enerji təminatında mühüm rola malik ölkə olması reallığı qəbul edildi;
Prezident eyni zamanda gələcəyin informasiya siyasətinin bünövrəsini qoymaq istiqamətində də ciddi addımlar atmaqdadır:
- Ölkənin “kibervətən sipərini” qurmaq üçün əhəmiyyətli işlər görülür;
- Azərbaycan tarixinin mühüm mərhələlərinin ictimai təbliğatı üçün tarixi sənədli və bədii filmlərin çəkilişlərinə ciddi hazırlıqlar aparılır.
Azərbaycan Dövlət Televiziya və Radiosu QSC-nin “Atabəylər” tarixi serialının çəkilişlərinə hazırlıq mərhələsinin aparılması buna əsaslı sübutdur. Bundan başqa, Qarabağda televiziya yayımına icazə verilməsi, Azərbaycan Beynəlxalq radiosunun beş xarici dildə Qarabağda yayım lisenziyası alması da gələcək üçün bu gündən qoyulan informasiya təməlidir.
***
Azərbaycan Prezidenti 2023-cü ilin sentyabrında Qarabağda keçirilmiş iyirmi üç saatlıq lokal xarakterli antiterror tədbirləri ilə Cənubi Qafqazda separatizmin, terrorun, regionun “boz zona” və hibrid müharibələr məkanına çevrilməsinin qarşısını almağa müvəffəq oldu. Qarabağın otuz il işğalda qalmasında rol oynamış qondarma “Dağlıq Qarabağ Respublikasının” siyasi-hərbi rəhbərləri, ideoloqları və generalları İlham Əliyevin düşünülmüş və soyuqqanlı siyasi-diplomatik davranışları nəticəsində həbs edilərək Bakıya gətirildi. Bu, ölkənin güc və təhlükəsizlik orqanlarında Azərbaycan Prezidentinin apardığı ciddi islahatların və milliləşmənin ən əhəmiyyətli göstəricilərindən idi. Məhz bu mərhələdən sonra Cənubi Qafqaz azad nəfəs almağa başlayır. Yaranmış yeni reallıqlardan, Qarabağın azad olunması ilə təməli atılan iqtisadi layihələrdən, məsələn, Zəngəzur dəhlizinin logistik töhfələrindən təkcə region ölkələri və Azərbaycan deyil, bütün dünya faydalanacaq.
***
İndi əminliklə və qətiyyətlə söyləmək olar ki, İlham Əliyev prezidentliyinin iyirmi ilində dövlətinə və xalqına qarşı 200 illik tarixi ədalətsizliyə qətiyyətlə SON qoydu. Üstəlik Türk Dövlətləri Təşkilatının yaranmasında, türk və ərəb dünyasının yaxınlaşmasında, postsovet ölkələri türk cümhuriyyətlərinin türk dünyasına inteqrasiyasında, İsrail, Pakistan, Türkiyə ilə tarixi dostluq əlaqələrinin daha da möhkəmlənməsində, Qarabağ İqtisadi Rayonunu dünyanın aparıcı logistika layihələrindən biri kimi qəbul etdirilməsində mühüm xidmətləri ilə adını Azərbaycan və dünya tarixə yazdırdı. Və bu qədər ağır, ağrılı proseslərdə mənəvi, insani duyğuları qorumağın vacibliyi nümunəsini də göstərdi.
***
Azərbaycan Prezidenti bütün qələbələrin xalq-ordu-dövlət ittifaqı nəticəsində əldə olunduğunu elan etdi. Bu yöndə şəhid və qazi olan VƏTƏN ADAMLARININ unudulmaması, onların Vətənə əmanət olan ailələrinin dövlət himayəsində saxlanmasını prioritet elan etdi. Prezident İlham Əliyev bununla gələcək nəsillər üçün əhəmiyyətli dövlət ənənəsi nümunəsi də yaratmış oldu.
Jalə Mütəllimova
"Azərbaycan Televiziya və Radiosu" Qapalı Səhmdar Cəmiyyətinin “Xəbərlər” studiyasında baş redaktor müavini.
Bu gün, 21:55 |
Bu gün, 20:17 |
Bu gün, 19:00 |
Bu gün, 18:03 |
Bu gün, 17:59 |
Bu gün, 16:49 |
Bu gün, 16:02 |
Bu gün, 14:57 |
Bu gün, 14:19 |
Bu gün, 13:38 |
Qərbi Azərbaycan İcmasının yaranmasının 2-ci il dönümünə və Cənab Prezident İlham Əliyevin doğum günü münasibətilə tədbir keçirilib |
“ABŞ və Britaniyanın sanksiya tətbiq etdiyi DİN əməkdaşlarına “Şərəf” ordeni veriləcək” - Kobaxidze |
Qəzzada ölənlərin sayı 45 min 206 nəfərə çatıb |
Hakan Fidan Suriyaya səfər edəcək |
Ukrayna 500-dən çox həlak olmuş hərbçisinin cəsədini geri qaytarıb |
“Azərbaycan Zəngəzura girəcək” - Vardan Oskanyan |
“Gürcüstan höküməti bu qərarı dəyişməli olacaq” - AŞ-nin baş katibi |
Bayden İtaliyaya səfər edəcək |
Bayden Ukraynaya 1,2 milyard dollar yardım paketi elan edəcək - “Reuters” |
Rusiya ordusu Donetksdə daha iki kəndi işğal edib |
Bəşər Əsəd daha bir zərbəni həyat yoldaşından aldı |