AZ   |   RU
Yüzlərlə həmədanlı tələbə hicaba görə cəzalandırılıb


Məcburi hicab qaydalarını pozanlara qarşı sərt cəza tədbirlərinin tətbiqi çərçivəsində həmədanlı tələbələr qanunla nəzərdə tutulmuş hüquqlarından məhrum ediliblər.

Missiya.Az "Guney AZfront" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Tələbə Həmkarlar İttifaqı Şuraları məlumat yayıb.

Bildirilib ki, Həmədan şəhərinin Buəli Universitetinin 200 qız tələbəsi məcburi hicab qaydalarını pozduqlarına görə yataqxanadan çıxarılıb.

Universitet rəhbərliyi tələbələrin geyim tərzlərinə görə yataqxanadan qovulduqlarını təsdiqləyib.

Tələbə qızların sözlərinə görə, yataqxana məsulları onlardan yataqxana ilə təmin olunmaq üçün öhdəlik imzalamağı tələb ediblər.

Zərintac Mayisqızı
Missiya.Az




  • 14-08-2023, 17:07