AZ   |   RU
Gəncə ŞBX-ı Kəpəz PFK-u ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Kəpəz Peşəkar Futbol Klubu növbəti mövsümdə rəsmi oyunlara Gəncə Şəhər Birləşmiş Xəstəxanasının loqosu əks olunan formalarla çıxacaqlar. 


Missiya.Az-ın yerli bürosuna bu məlumatı xəstəxananın direktoru İlkin İsmayılov verib. Onun sözlərinə görə Gəncə ŞBX-ı Kəpəz PFK-u ilə əməkdaşlıq müqaviləsi imzalayıb:


“Biz Gəncənin doğma futbol klubu olan Kəpəzə il ərzində tibbi müayinələrin təşkili və futbolçulara tibbi yardımın göstərilməsi üçün əməkdaşlığa başladıq. Artıq komandanın üzvləri Gəncə Şəhər Birləşmiş Xəstəxanasında tibbi müayinələrdən keçirlər. Komandanın yerli və əcnəbi üzvləri sağlamlıq vəziyyətlərini dəyərləndirmək üçün tibb müəssisələrində müayinələrə cəlb olunublar” deyə İ. İsmayılov bildirib. 


Məqsəd Rəhimov 

Missiya.Az Qərb bürosu



  • 9-08-2023, 12:07