Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
Missiya.Az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, iyunun 1-dən iyulun 3-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə
1087, tank əleyhinə
316 mina və
461 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə
5 633 044 m² (563 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Noyabrın 10-dan iyulun 3-dək isə piyada əleyhinə 8509, tank əleyhinə
3959 mina və
9493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə
33 264 075 m² (3326 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.