Prezident İlham Əliyev 22 iyul 2013-cü il tarixdə Şuşada “Euronews” televiziya kanalına müsahibə vermişdir.
Bu müsahibənin Cənubi Qafqazın yeni tarixinin yazıldığı bir vaxtda Qarabağda - Şuşada verilməsinin səbəbi bir daha erməni vandalizmini göstərmək idi.
Gərginliyin və düşmənçiliyin aradan qalxmamasının səbəbləri ilə bağlı sualları cavablandıran Prezident İlham Əliyev Ermənistanla münaqişənin yekun həllini tapmaq məqsədilə edilən müəyyən təşəbbüslərdən danışdı. Azərbaycanın mövqeyinin ədalətli olmasını söylədi.
Qeyd etdi ki, 30 illik işğaldan əziyyət çəkmiş 1 milyon insan bu uzun müddət ərzində öz yurd-yuvasından didərgin olmuş, lakin döyüş meydanında haqqını almışdır. 3 mindən artıq şəhid verərək ədaləti bərpa edən bir ölkə yenə də sülh tərəfdarıdır. Bu sülhün prinsipial şərtləri var: Ermənistan tərəfdən konstruktiv yanaşma olarsa, ərazi bütövlüyümüzə iddialardan əl çəkərsə, onda sülh variantını tez tapmaq olar.
Cənab Prezident vəziyyəti nizamlamağa çalışan beynəlxalq iştirakçılardan danışarkən, Minsk Qrupunun fəaliyyətsizliyini vurğuladı. Avropa İttifaqının fəallığının təbii hesab etdiyini və münasibətlərin qarşılıqlı hörmətə, etimada və maraqlara söykəndiyini bildirdi. Brüssel, Kişinyov və Rusiya tərəfindən təşkil olunmuş görüşlərin sülh təşəbbüslərinə xidmət etdiyini və sülh ilə nəticələnən təşəbbüsü irəli sürən tərəfi dəstəkləyəcəyimizi vurğuladı.
Rusiya ilə münasibətlərin tarazlaşdığını, qonşu və tərəfdaş olmağını, bir çox nəzərəçarpan layihələrin olduğunu bildirdi. Cənab Prezident 23 apreldən etibarən Qarabağın 2 min sakininin Ermənistana asan şəkildə gedib- gəldiyini, Qırmızı Xaç Komitəsinin qanunsuz əməllərini, qacaqmalçılıqla məşğul olmasını və onlara daha konstruktiv olmaları barədə xahiş olunduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Qırmızı Xaç Komitəsinin Xankəndindəki nümayəndəliyi görəsən niyə Yerevana tabedir? Axı, elə Ermənistanın Baş Naziri özü belə dəfələrlə söyləyib ki, Qarabağ Azərbaycandır. Laçın-Xankəndi yolundakı vəziyyət artıq dəyişmişdir. Ermənistanla sülh danışıqlarının uğurlu bir nəticə ilə yekunlaşacağına ümidvaram və bunun yaxın aylarda baş verəcəyinə inanıram. Müharibədə qalib gəlmək mənim siyasi həyatımın missiyası idi və müharibə uğurla başa çatdı. Biz düzgün olanı etdik, biz öz torpağımızda vuruşduq və azad etdik. Torpaqlarımız, şəhərlərimiz yerlə-yeksan edilmişdi. Bütün bunlara baxmayaraq biz qisas almadıq. Bizim onlara torpaq iddiamız yoxdur. İstəyirik ki, onlar torpaq iddialarından əl çəksinlər. Qarabağda yaşayan ermənilər ya bir çox milli azlıqlar kimi Azərbaycanda yaşamalı, ya da çıxıb getməlidir. Biz onlara seçim hüquqi veririk. Biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə, bizim seperatizmlə mübarizəmizə fərqli yanaşma sərgilənir. Bizim legitim istəyimiz sual altına alınır. Nə üçün biz seperatizmə dözməliyik? Biz Ermənistanla sülh istəyirik. Azərbaycan Ermənistan əlaqələri normallaşanda azərbaycanlılar da öz yurd yerlərinə qayıdacaq”.
Azərbaycan xalqı tarixin bu qara səhifəsinin biryolluq bağlanmasını istəyir. Sadə ermənilər də artıq müharibə istəmir. Onlar da Qarabağın Azərbaycana məxsus olduğunu bilir və bunu qəbul edirlər. Yaxşı olar ki, onlar separatçılara uymasınlar, öz övladlarını ölümə göndərməsinlər. Qarabağ erməniləri Azərbaycanda azərbaycanlılarla həmişə birgə yaşayıb. Cənab Prezidentimiz onların təhlükəsizlinin qorunacağını dəfələrlə bəyan edib.
Odur ki, Qarabağ erməniləri öz qondarma liderlərinin arxasınca getməməlidirlər. Ali Baş Komandanımız cənab İlham Əliyev öz sözünə həmişə əməl edib. Odur ki, onlar başa düşməlidirlər ki, cəmiyyətimizin bir hissəsi olaraq azad, normal həyat yaşayacaqlar.
Təyyubə Hüseynova Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim