AZ   |   RU
Çin prezidenti dünyaya meydan oxudu: "Bizi hədəf alanların başını Çin Səddinə vurarıq" - FOTO

Çin Xalq Respublikasının prezidenti Si Tsinpin Çin Komunist Partiyasının 100 illiyi münasibəti ilə təşkil olunan 70 min nəfərin iştirak etdiyi mitinqdə çıxış edib. Si Tsinpin çıxışı zamanı Çinin və Çin Komunist Partiyasının qurucusu Mao Zedungun geyindiyi dik yaxalı paltarı geyinməsi ilə diqqət çəkib. 

Tsinpun mitinqdə çox sərt ifadələrdən istifadə edib və ölkəsini hədəf alan qlobal güclərə - ABŞ-a, Qərb dövlətlərinə sərt mesajlar ünvanlayıb.

Missiya.Az
xarici mətbuata istinadən xəbər verir ki, Tsinpin Çini hədəf almaq istəyən qüvvələrə 1.4 milyard çinlinin cavab verə biləcəyini deyib.

Sitat: “Buna cürət edən hər kim olursa olsun, həmin gücün başını 1.4 milyard çinli tərəfindən poladdan düzəldilən Çin Səddinə çırparlar. Biz xarici güclər qarşısında əzilməyəcəyik, boyun əyməyəcəyik. Çinə yalnız sosializm hökm edə bilər” – sitatın sonu.

Çin prezidenti ölkənin yenidən birləşəcəyi barədə fikirlrə səsləndirib.

Sitat: “Tayvanla birləşəcəyik, Honkonqda isə sosial vəziyyət daha da yaxşılaşdırılacaq. Partiyamızın hədəfi dəyişməzdir. Çinin yenidən birləşdirilməsi üçün çalışacağıq. Tayvan boğazının hər iki tərəfində yaşayan həmyerlilərimiz daxil olmaqla, çinin bütün oğul və qızları birlikdə işləməli, birlik nümayiş etdirilməli, hər hansı “müstəqil Tayvan” planlarına qarşı çıxılmalıdır” – sitatın sonu.

Siyasi analitiklərin fikirincə, Çin prezidentinin belə sərt tonda danışmasının səbəbi son NATO zirvəsində rəsmi Pekinin “Beynəlxalq təhdid” kimi göstərilməsidir. Həmçinin son dövrlərdə ABŞ və bir çox qərb dövlətləri Çinə qarşı yeni cəhbə açıblar və ölkəni insan hüquqları, ticarət sferasında sıxışdırırlar. Digər tərəfdən, Qərb dövlətləri koronavirus infeksiyasının dünyada yayılmasına səbəbkar kimi Çin Xalq Respublikasını hesab edirlər.

Elvin
Missiya.Az


  • 2-07-2021, 11:13