Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iyulun 11-də keçirilən müşavirədə Azərbaycanla Ermənistan arasında imzalanmalı sülh sazişini ətrafında gedən proseslərə dair sevindirici fikir də səsləndirib.
Prezident bildirib ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var: “Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik”.
Ölkə başçısı sülh danışıqları ilə bağlı Azərbaycanın mövqeyinin aydın, məntiqli olduğunu xatırladıb, beynəlxalq hüquqa əsaslandığımız vurğulayıb:
“Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır”.
Proseslər onu diktə edir ki, qarşı tərəfin manevr etmək imkanları çox daralıb və uçuruma gedən Ermənistanın yeganə çıxış yolunun məhz Azərbaycanla münasibətlərin bərpasını imzasıyla təsdiqləməsidir.
Paşinyan hakimiyyəti radikal müxalifətin və onların siyasətinə dəstək verən Qarabağa sığınmış separatçıların hədəfindədir.
O quldurlar Azərbaycan vətəndaşları olan erməni əhalisini də girovluqda saxlayıblar. Həmin ermənilərin sosial durumları o dərəcədə acınacaqlıdır ki, dünən “Laçın” keçid məntəsəindən keçərkən özlərinə oğurluq mallar aparmağa cəhd göstəriblər və bu mirkin işə Beynəlxalq Qırmızı Xaç Komitəsini alət ediblər. Belə vəziyyətdə əlbəttə sülh sazişinin imzalanması yeganə və ən yaxşı çıxış yoludur.
Azərbaycan həm hərb, həm də sülh masasında haqqın qələbəsinə nail olur. Hərbi qələbə güclü ordunun, diplomatik uğur xalqın rəhbərinə inamının göstəricisidir.
Elnur Musayev
Jurnalist Ekspert Mərkəzinin üzvü