AZ   |   RU
Xankəndidə ASAN Xidmət yaradılacaq - Erməni makler ev alqı-satqısı prosesindən danışdı - Xankəndiyə telefon zəngi - VİDEO

Tik tok sosial şəbəkəsinin azərbaycanlı fenomenlərindən biri Xankəndidə mənzillərin kütləvi satışa çıxarıldığını göstərən maraqlı dialoq yayımlayıb. 


Öz yayımlarında əsasən erməni yalanlarını ifşa edən həmin şəxs adətən ermənilərin özləri ilə əlaqə yaradıb müxtəlif mövzularda müzakirə açır. Bu dəfə o, Xankəndidə mənzillərin kürləvi satışa çıxarıldığına diqqət yönəldib. 


Azərbaycanlı tiktoker internetdəki alqı-satqı elanlarından əlaqə nömrəsi götürərək Xankəndidə mənzil satışı ilə məşğul olan erməni ilə danışıb. Söhbətdən məlum olub ki, hazırda Xankəndidə müxtəlif qiymətlərə mənzillər tapmaq mümkündür. Erməni makler otaq sayından asılı olaraq 60 mindən 240 min dollara qədər qiymətdə olan mənzillərdən danışıb. 


Özünü Xankəndidə yaşamış nənəsinin ruhuna hörmət əlaməti olaraq onun doğulduğu şəhərdən ev almaq istəyən erməni kimi təqdim edən azərbaycanlı tiktoker alqı- satqı prosesində alıcıya hansı sənədlər verildiyini də soruşub. Erməni makler bildirib ki, hazırda "Azərbaycanlıların əraziyə gəlməsi ilə əlaqədar yaranmış vəziyyətə görə mənzil alqı-satqısı tərəflər arasında imzalanan qeyri rəsmi "raspiska" və qonşuların təsdiq məktubu əsasında aparılır. Erməni makler onu da bildirib ki, iki ildən sonra Xankəndidə ASAN Xidmət fəaliyyət göstərəcək və yalnız bundan sonra rəsmi sənədlər almaq mümkün olacaq. Azərbaycanlı "alıcı" ASAN-ın nə olduğunu soruşub. 

Erməni makler belə cavab verib: "Bu, Azərbaycanın yaratdığı yeni sistemdir. Bütün lazımi sənədləri buradan almaq mümkün olacaq. Erməni makler həmsöhbətinə onu da bildirib ki, Xankəndiyə gəlmək üçün Azərbaycanın yaratdığı nəzarət buraxılış məntəqəsindən keçmək lazımdır. Makler mənzillərin qiymətində ciddi endirimin də mümkün olduğunu deyib. 


Elcan 
Missiya.Az    


  • 5-07-2023, 21:30