AZ   |   RU
"11 min fərarimiz oldu, qorxduq, döyüşə bilmədik" - Anna Akopyan


"Biz bu barədə danışmaq istəməmişik, heç bilmirəm, deyəcəklərimi indi necə qarşılayacaqsız. Amma biz reallıq hissini itirmədən həqiqəti dilə gətirməliyik Fakt odur ki 44 günlük müharibə zamanı bizim 11 min fərarimiz var idi". 

Missiya.Az erməni teleqram kanallarına istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin xanımı Anna Akopyan müharibədə iştirak etmiş hərbi qulluqçuların valideynləri ilə görüşdə deyib.

Akopyan qeyd edib ki, Ali baş komandan könüllüləri cəbhəyə yollanmağa çağıranda buna dəstək verən olmayıb:. 

Mən qadınlardan ibarət dəstələrin yaradılmasına #təşəbbüs göstərəndə də buna dəstək görmədik.Hazırda vətənə xəyanətdə ittiham olunan hərbi qulluqçuların məhkəmə prosesi davam edir. Betün bunları sadalamaqda məqsədim odur ki, hamımız çönüb arxaya baxaq və qəbul edək ki, qorxmuşuq. Həqiqətləri açıq deməkdən çəkinməməliyik. Mən bilmirəm bu sözlərdən sonra mənə münasibətiniz necə olacaq. Bildiyim odur ki, biz özümüzü, ölkəmizi və gələcək nəsillərimizi qorumalıyıq" deyə, Akopyan vurğulayıb.

Elcan
Missiya.Az



  • 5-07-2023, 09:47