AZ   |   RU
Aygünlə Namiq sevgi münasibətlərini bərpa ediblər - "Yenə bir aradadırlar" - VİDEO

Ötən illərdə qeyri-rəsmi evlilik həyatı yaşamış, bir-birinə eşq bağı ilə bağlı olan Namiq Qaraçuxurlu ilə xalq artisti Aygün Kazımovanın yenidən bir araya gəldikləri bildirilir. Onların arasında əvvəlki münasibətlərin bərpa olunduğunu iddia edən sosial şəbəkə istifadəçiiləri bu qənaətə son günlər Namiqlə Aygünün müxtəlif tədbirlərdə bir səhnəyə çıxıb, xoşbəxt günlərinə aid mahnəları ifa etmələrinə görə gəliblər.

Qeyd edək ki, son günlər Namiqlə Aygün doğrudan da tez-tez bir yerdə görünür, toy məclislərində və digər tədbirlərdə əvvəki illərdə olduğu kimi , "səni elə sevdi ürək" deyib diqqətləri özlərinə çəkirlər. Onların birgə ifasını əks etdirən videolar sürətlə sosial şəbəkələrdə yayılır. Görüntülərdən aydın olur ki, cütlük arasında buzlar əriyib və hazırda səmimi münasibətlər yaşanır. Bunu onların ifa zamanı bir birinə müxtəlif jestləri də göstərir. Sosial şəbəkə istifadəçiləri yazırlar ki, Aygün də Namiq də xoşbəxt görünürlər və hiss etdirirlər ki, yenidən bir araya gəliblər.

Cütlük ayrılandan sonra tədbirlərdə birgə ifalara da son qoymuşdular. Hətta mətbuata müsahibələrində qarşılıqlı şəkildə iynəli ifadələr işlədib, bir-birilərini ittiham edirdilər. Aygün Kazımova Namiqin üstünə daha çox gedib, onun xəyanətə yol verdiyinə işarələr edirdi. Namiq isə Aygünlə münasibətlər mövzusunda daha danışmaq istəmədiyini deyib, onunla üz-üzə gəlməkdən yayınırdı. İndi cütlüyün yenidən, "bəlkə mən düz eləmirəm" , "səni sevirəm, utanmıram" mahnıları ilə dinləyicilər qarşısına çıxıb xoşbəxt cütlük obrazı yaratması, sözssüz ki, diqqətdən yayınmır. İzləyicilər rəylərdə qeyd edirlər ki, Namiqlə Aygünün yenidən bir yerdə olmasına şübhə etmirlər. "Yenə eşq yaşayırlar", "küsülüyə son qoyub, əvvəlki münasibətləri bərpa ediblər", "Aygün Namiqə baxanda yenə gözləri işıldayır" şəkilli rəylərə sosial şəbəkələrdə tez-tez rast gəlinir.


Gülnar

Missiya.Az



  • 2-07-2023, 20:21