AZ   |   RU
"Cənubi Qafqazda sülh üçün imkan yaranıb" - Ərdoğan


"Cənubi Qafqazda sülh üçün imkan yaranıb".

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi Türkiyə ilə Ermənistan arasındakı əlaqələrə də müsbət təsir edəcək: “Azərbaycanda olanda həmkarım İlham Əliyevlə Ermənistanla münasibətlərin normallaşmasına dair müzakirələr apardıq. Artıq regionda sülh üçün imkan yaranıb. Bu fürsətin əldən verilməməsi üçün bütün tərəflər məsuliyyətli davranmalıdır”.



  • 14-06-2023, 14:13