AZ   |   RU
“Siz niyə öz gözünüzdə o tiri görmürsünüz?”- Deputat

“Hərəkatçılar mənə deyir ki, siz deputatlara deyin ki, AXCP-müsavat cütlüyü deyib nifaq yaratmasınlar. Siz cənab Prezident İlham Əliyevə çatdırın ki, AXCP-Müsavat cütlüyü haqqında sərt ifadələr işlətməsin. Deyirəm ki, siz niyə öz gözünüzdə o tiri görmürsünüz?”. 


Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclasında çıxışı zamanı millət vəkili Razi Nurullayev deyib. 


R.Nurullayev bildirib siz, gündə 24 saat, həftədə yeddi, ayda 30, ildə 365 gün iqtidar nümayəndələrini, Prezident İlham Əliyevi ən sərt sözlərlə tənqid və təhqir edirsiniz və yaxud etdirirsiniz: “Onlar da daş deyil, prezidentin də ürəyi var, hissləri var. Onun da haqqıdır ki, heç olmasa bir dəfə də olsa sizin etdikləriniz pislikləri sizə xatırlatsın. Düşünürəm ki, əgər İlham Əliyev bu qədər humanist və mədəni olmasaydı nə olardı? Düşünürəm ki, Allah eləməsin, sizlərin əlinə bir rıçaq keçə nə edərsiniz? Daşı-daş, başı-baş üstə qoymazsınız. Ona görə də o kürsünü və səlahiyəyyəti heç zaman nə xalq sizə verər, nə də uca yaradan.


Sosial şəbəkələdə söyüş söyür, təhqir edirlər, öz leksikonlarına uyğun cavab alanda az qalırlar ki, dəli olsunlar ki, yaşıma, ağ saçıma niyə hörmət qoymursunuz? Bu saçları ağarmış, nimdaş düşüncə və həyata malik adamlara demək lazımdır ki, sən oz ağarmış saçına və yaşına hömət qoymursansa, başqası necə qoysun?”.


Missiya.Az



  • 14-06-2023, 13:27