AZ   |   RU
Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Tərtərdə mina partlayışı nəticəsində xəsarət alıb, araşdırma aparılır - YENİLƏNİB

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirirlir ki, aprelin 26-sı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Babaşov xəsarət alıb.

Bu barədə Missiya.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd olunub ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.




  • 26-04-2023, 10:51