AZ   |   RU
Fatih Terim "Bodrumspor" klubunu alır

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim "Bodrumspor" klubunu ala bilər.

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis artıq I Liqa təmsilçisi ilə danışıqlara başlayıb.


"Trabzonspor"un yeni prezidenti Ertuğrul Doğan Terimi baş məşqçi postuna gətirmək istəsə də, bu reallaşmayıb.


Fatih Terim 1996-2000, 2002-2004, 2011-2013 və 2017-2021-ci illərdə "Qalatasaray"da, 1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə Türkiyə millisində işləyib. "Bodrumspor"un hazırkı rəhbəri Ali Şafak Öztürkdür.

Zərintac MAYİSQIZI
Missiya.Az




  • 27-03-2023, 11:15