AZ   |   RU
Rusiya və İranın XİN rəhbərləri Moskvada görüşəcəklər

Rusiya və İranın xarici işlər nazirləri Moskvada görüşəcəklər.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. O, Sergey Lavrov və Hüseyn Əmir Abdullahian arasında danışıqların martın 29-da keçiriləcəyini söyləyib.

Zaxarova qeyd edib ki, Lavrov-Abdullahian danışıqlarında iki ölkə arasında münasibətlər, İranın nüvə proqramı, Suriya, Əfqanıstandakı vəziyyət, Yaxın Şərq, Cənubi Qafqaz və Xəzər problematikası müzakirə olunacaq.



  • 23-03-2023, 12:39