AZ   |   RU
Serj Sarksyan: “Ordumuzun alçaldılmasına görə utanıram”
 
“Mənim Ermənistan ordusu ilə daima əlaqələrim olub. İndi ordumuzun alçalmasına, bizi axmaq yerinə qoyduqlarına görə utanıram”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın 3-cü Prezidenti Serj Sarksyan özünün facebook səhifəsində yazıb.

Sitat: “Azərbaycan Silahlı Qüvvələrinin sərhədlərin demarkasiya və delimitasiya prosesini kənardan izləmək, komandirlərin hər hansı bir addım atmaq hüququna sahib olmaması, rəislərin heç bir tədbir görməməsi utancvericidir.  O “şeytan” (N. Paşinyan nəzərdə tutulur)  kapitulyator heç nə etmir. Mən o komandirlərin ruhi vəziyyətlərini başa düşmürəm? Əlbəttə başa düşürəm, amma əlləri  bağlı olduğu üçün nə edə bilərik? Proseslər bu şəkildə davam edə bilməz”.

Sarksyan  erməni əsgərlərinin əsir düşməsindən də bəhs edib. O qeyd edib ki, Azərbaycan Ordusu erməni əsgərlərini rahatlıqla əsir götürür və bunun qarşısında onlar heç nə edə bilmirlər.



Sitat: “Hökmdar”, (Paşinyan nəzərdə tutulut) utanmadan, çıxıb deyir ki, Qaragölün 30% - i Azərbaycan Ordusunun nəzarətindədir. Biz niyə buna qarşı mübarizə aparmırıq?

“ Rusiyanın hərbi-texniki yardımlarının davam etməli olduğuğunu deyən keçmiş prezident, hesab edir ki, buna görə vəsait ödənilməməlidir.

Sitat: “Bizim vaxtımızdakı kimi, bir dram da ödənilməməlidir. Lakin bunu anlamaq lazımdır ki, ordunun döyüş səmərəliliyi silahlanmadan asılı deyil. Bizim döyüşən əsgərə ehtiyyacımız var. Bununla məşğul olmaz lazımdır”. Sitatın sonu.

İnam
Missiya.Az

  • 3-06-2021, 12:24