AZ   |   RU
“Fransanın tarixində qara ləkələr həddindən artıqdır” - millət vəkili

“Qoşulmama Hərəkatının Covid-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı dolğun məzmununa, mövcud geosiyasi problemlərin əhatəliyinə görə həm iştirakçılar, həm də ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılandı”.

Bunu Missiya.Az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. N.Məhəməliyev bildirib ki, Fransanı soyqırım aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə dəvət etməsi isə, tarixi ədalətin bərpasına, gələcəkdə analoji cinayətlərin təkrarlanmamasına çağırış kimi qəbul olunmalıdır:

“Hər kəsə məlumdur ki, Fransanın tarixində belə qara ləkələr həddindən artıqdır. Kimsə, bu problemləri səsləndirməli, soyqırımı törətmiş dövlətlərin tarixi, hüquqi, siyasi, mənəvi məsuliyyətə cəlb olunmasını tələb etməlidir. Fransa, böyük dövlətdir və hər bir dövlət başçısı üzərinə belə bir məsuliyyəti götürməyə cürət etmir. Ona görə də, cənab Prezidentin, BMT Təhlükəsizlik Şurasının tərkibinin dəyişdirilməsi, Qoşulmama Hərəkatının, Afrika Birliyinin nümayəndəıərinin təmsilçiliyi, Yeni Kaledoniya xalqının Fransa əsarətindən xilas edilməsi barədə təklifləri maraqla qarşılandı. Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının Təşkilata çevrilməsi istiqamətində gördüyü işlər üzv dövlətlər tərəfindən müsbət qarşılanmaqla yanaşı, özünəinam hissini də artırdı”.

Əli İbrahimli
Missiya.Az



  • 6-03-2023, 11:55