AZ   |   RU
Azərbaycan millisi bu gün Latviya yığması ilə üz-üzə gələcək

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gələcək.


Riqa şəhərindəki "Skonto" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.


Qarşılaşmanın baş hakimi maltalı Trustin Farruca Kann olacaq.


Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.



  • Bu gün, 09:40