
Növbəti yay quraqlığına hazırlaşan Fransada mart ayından etibarən sudan istifadəyə sərt məhdudiyyət qoyula bilər.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, xəbər verir ki, bunu Fransanın ekologiya naziri Kristof Beşyu Franceinfo TV telekanalının efirində bildirib. Onun sözlərinə görə, fevralın 23-də quraqlıq xəbərdarlığı üzrə komitənin, ertəsi gün isə bütün milli ərazi rəhbərlərinin iştirakı ilə iclas keçiriləcək.
Son 32 gün ərzində ölkədə demək olar, yağış yağmayıb.
Hazırkı quraqlıq 1959-cu ildən bəri ən güclü quraqlıqdır. Bu səbəbdən yayda yarana biləcək çətin vəziyyətdən yayınmaq üçün sudan istifadəyə sərt məhdudiyyətlər qoyulması gündəmə gəlib.
Zərintac MAYİSQIZI
Missiya.Az