Şənbə 14 İyun 2025 / 16:45:41
                    AZ   |   RU
“Putin bu gün Federal Məclisə müraciət edəcək” - Peskov

“Rusiya prezidenti Vladimir Putin bu gün Federal Məclisə müraciətlə çıxış edəcək”. 

Missiya.Az
“TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

Peskov bildirib ki, prezidentin ölkədəki vəziyyət, dövlətin daxili və xarici siyasətinin əsas istiqamətləri ilə bağlı Federal Məclisə müraciəti strateji məqsədlərin, sosial-iqtisadi inkişafın prioritetlərinin müəyyən edilməsi və Rusiyanın milli təhlükəsizliyinin təmin edilməsi üçün əsasdır.

Qeyd olunub ki, Putinin qarşıdakı çıxışının əsas məqamları ictimaiyyətə açıqlanmayıb.  

Xatırladaq ki, Rusiya lideri sonuncu dəfə 2021-ci ilin aprelində parlamentə müraciət edib.


Daşqın Həsənov
Missiya.Az


  • 21-02-2023, 10:02