AZ   |   RU
Qazaxıstan və Ukrayna prezidentləri telefonla danışıblar


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna tərəfinin təşəbbüsü ilə Kasım-Jomart Tokayev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Dövlət başçıları Qazaxıstan və Ukrayna arasında humanitar əlaqələri müzakirə ediblər”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, sonuncu dəfə Tokayevlə Zelenski arasında telefon danışığı 2022-ci ilin iyulunda baş tutub. O vaxt onlar Ukrayna taxılının ixracı ilə bağlı sazişi müzakirə ediblər. Qazaxıstan Prezidenti Ukraynadakı münaqişənin diplomatik yolla həllinin zəruri olduğunu bəyan etmişdi.

  • 16-02-2023, 19:17