AZ   |   RU
Bakıda 23 yaşlı sürücü qəza törədərək ölüb

Bakıda 23 yaşlı sürücü qəza törədərək ölüb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, fevralın 13-ü saat 02 radələrində 2000-ci il təvəllüdlü Rauf Məmmədovun idarə etdiyi "Nissan Sentra" markalı avtomobil sürət həddini aşaraq yoldan çıxıb.

Avtomobilin ərazidə olan parkdakı ağaca dəyməsi nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.


  • 12-02-2023, 09:57