Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Ali Məhkəmənin sədri Quvançmırat Ussanepesovu və milli təhlükəsizlik naziri polkovnik Qurbanmirat Annaevi tutduqları vəzifələrdən azad edib.
Missiya.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkmənistan dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, məmurlar başqa işə keçidlə əlaqədar işdən çıxarılıb.
S.Berdiməhəmmədov müvafiq sərəncam Türkmənistan Dövlət Təhlükəsizlik Şurasının 2022-ci ildə hüquq-mühafizə orqanlarının işinin yekunlarına həsr olunmuş iclasında imzalayıb.