Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Türkiyə Petrolleri” (TPAO) arasında yeni sahədə əməkdaşlıqla bağlı razılıq əldə edilib.Missiya.Az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
“İllərdir ki, SOCAR-la TPAO arasında, xüsusilə Xəzər bölgəsində bəzi sahələrdə icra edilən ortaq layihələr var. Son həftələrdə başqa bir sahə ilə də əlaqəli görüşlər davam edirdi. Bununla bağlı bir əməkdaşlıq razılığı əldə edildi”, - deyə türkiyəli nazir əlavə edib.
F.Dönməz bildirib ki, bu yeni sahə ilə bağlı məlumatlar hər iki tərəfə təqdin olunacaq və bu məlumatlar dəyərləndiriləcək: "Nəticələr müsbət olarsa, TPAO o sahədə də aktiv rol oynayacaq"