AZ   |   RU
İsrail Təhlükəsizlik Akademiyası: "Tehranda Azərbaycan Səfirliyinə qarşı törədilən terror hücumu ən ağır cinayətdir"

Terror və qətl etmək bütün səmavi dinlərdə‚ yəni hər 3 dində qadağan olunmuş günah və cinayət əməlidir. Terrorun dili‚ dini‚ irqi yoxdur. Terror birmənalı olaraq ən ağır cinayət əməli və bağışlanmaz günahdır. Elə İslam dinində də terror və qətl etmək ən ağır günah sayılır. Dilindən‚ dinindən və irqindən asılı olmayaraq terror törədən‚ günahsız insan qanı axıdan‚ qətl edən hər kəs lənətlənməlidir. Hüquqi tərəfdən isə bütün beynəlxalq hüquq tendensiyalarına və qəbul edilən beynəlxalq konvensiyalara görə terror törədən şəxs ən ağır və ən təhlükəli cinayətkar hesab edilir. Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş xain terror əməli də ən ağır cinayət əməlidir. Səfirlik binası diplomatik ərazidir və həmin ölkəyə məxsusdur və əraziyə icazəsiz və zorla daxil olmaq beynəlxalq qanunlarla qəti qadağandır. Həmçinin, səfirlik əməkdaşlarına silahlı hücum etmək və bütün əməkdaşları öldürməyə çalışmaq‚ bu səbəblə bir neçə şəxsi ölümcül yaralamaq qanlı terrordur və mövcud dünya qanunları ilə ən ağır cinayət əməlidir. Bu hadisə təkcə Səfirlik əməkdaşlarına qarşı törədilmiş cinayət hadisəsi yox‚ eyni zamanda bütövlükdə həmin ölkəyə qarşı törədilmiş əməldir. 

Missiya.Az
xəbər verir ki,Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş qanlı terror aktı qətiyyətlə pislənməlidir. Bu qanlı terror əməlinin arxasında sözsüz ki‚ hansısa mənfur və məkrli qüvvələr dayanır. Bu ağır cinayəti törədənlər və bu cinayəti planlayanlar ən ağır şəkildə cəzalanmalıdır.

İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi olaraq bu qanlı terror hadisəsini şiddətlə pisləyir‚ Azərbaycan xalqına və dövlətinə‚ terror hadisəsi zamanı həlak olan səfirlik əməkdaşının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir‚ hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik.  

İsrail Təhlükəsizlik Akademiyasının
Qafqaz üzrə Azərbaycan Respublikasındakı
Regional Nümayəndəliyi


  • 3-02-2023, 19:24