AZ   |   RU
Rusiya İsveçdə Quranın yandırılması məsələsinə reaksiya verib


“Rusiya İsveçdə Qurani-Kərimin yandırılmasını və buna bənzər hərəkətləri ciddi şəkildə pisləmək üçün Avropa parlamentlərinə çağırış göndərəcək”.

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin yuxarı palatası olan Federasiya Şurasının rəhbəri Valentina Matviyenko bildirib.

Bu cür aksiyaları təşkil edənlərin dünyanı yandırdığını, yeni gərginliklər yaratdığını ifadə edən Matviyenko: “Bu təhqirdir, cinayətdir, etnik ədavəti qızışdırır. İnsanlar müsəlmanlar üçün müqəddəs olan şeylərə hücum edirlər”, - deyə əlavə edib.

Dünyanın bütün ağlı başında olan güclərin belə əməlləri pisləməsini, onların qarşısının alınmasını da istədiyini xatırladan şura rəhbəri Rusiyanın bütün millətlərin nümayəndələrinə hörmətlə yanaşan ölkə olduğunu qeyd edib.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 1-02-2023, 15:57