AZ   |   RU
Büdcənin icrasına dair qanun layihəsinin parlamentdə müzakirə olunacağı tarix açıqlandı


“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirə olunacağı vaxt müəyyənləşib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, sənəd parlamentin mayın 27-də keçirilməsi nəzərdə tutulan növbəti toplantısında müzakirəyə çıxarılacaq.

Həmin iclasda dövlət rəsmilərinin də iştirakı gözlənilir.


  • 25-05-2021, 15:57