“Qərb Ukraynaya verəcəyi tanklar Rusiya prezidenti Vladimir Putin üçün real problemlər yaradacaq”.
Missiya.Az “The Hill” qəzetinə istinadən xəbər verir ki, bunu NATO-nun birgə qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis deyib.
Onun sözlərinə görə, “Abrams”, “Leopard 2” və “Challenger” tankları Ukraynanın müdafiəsinə dəstək verməkdə əsas rol oynayacaq.
O, bildirib ki, Ukrayna qoşunları bu zirehlı tankları maskalayıb Rusiya xəttini yarmaq, onları parçalamaq və logistika zəncirini qırmaq üçün istifadə edə bilərlər.
Stavridis qeyd edib ki, tankların Ukraynaya verilməsi quru müharibəsində dönüş nöqtəsi olacaq.
Daşqın Həsənov
Missiya.Az