AZ   |   RU
Azərbaycan çempionatında dövrənin son turunun proqramı bəlli olub


Kişi voleybolçular arasında Azərbaycan çempionatında III turun oyunlarının keçiriləcəyi məkan və vaxt dəqiqləşib.

Missiya.A
z xəbər verir ki, bu  barədə Federasiyadan məlumat yayılıb. Yüksək Liqada I dövrənin son qarşılaşmaları yanvarın 26-da və 27-də baş tutacaq.

Yanvarın 26-da saat 18:00-da start götürəcək görüşdə “Neftçi” MOİK-i sınağa çəkəcək.

Növbəti gün ”Murov” - “Xarı bülbül” oyunu keçiriləcək. Matç saat 16:00-da başlayacaq.

Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.


  • 25-01-2023, 14:01