AZ   |   RU
Bayden neftlə bağlı qanun layihəsinə veto qoyacaq

ABŞ prezidenti Co Baydenin Strateji Neft Ehtiyatı üzərində səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsinə veto qoyacaq.

Missiya.Az
Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama yayılıb. 

Ağ Evin sözçüsü Karine Jean-Pierre mətbuata açıqlamasında qanun layihəsinin Respublikaçıların "ekstremist siyasətlərinin bir hissəsi olduğunu" iddia edərək, qanun layihəsinin işləyən ailələri maliyyə çətinliyi ilə üz-üzə qoyacağını, yalnız varlı vergi ödəyiciləri və böyük korporasiyalara fayda gətirəcəyini bildirib.

Sözçü, layihənin ABŞ-ın maliyyə imkanlarını daraldacağını da vurğulayıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 24-01-2023, 15:06