AZ   |   RU
Dünyada XXI əsrin bombardirləri açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bombardirlərin siyahısına portuqaliyalı Kriştianu Ronaldu başçılıq edir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayan 38 yaşlı hücumçu XXI əsrdə ölkə çempionatlarında ümumilikdə 498 dəfə fərqlənib.

Onu argentinalı Lionel Messi izləyir. Fransanın PSJ klubunun üzvü həmkarından 11 top geri qalır.


  • 20-01-2023, 09:56