AZ   |   RU
Ukraynanın dövlət katibi, daxili işlər naziri və nazir müavini helikopter qəzasında həlak olub


Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında Ukraynanın daxili işlər naziri Denis Monastırski həlak olub.

Missiya.Az
Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində, həmçinin daxili işlər nazirinin müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkovi də həlak olublar.

Helikopter qəzasında ölənlərin sayı 19-a çatıb, 29 nəfər yaralanıb. Məlumata görə, yaralılardan 15-i uşaqdır.

Hadisə şahidlərinin sözlərinə görə, helikopter bağça üzərində üç dəfə dövrə vurub, ardınca yüksək sürətlə yerə enib. Partlayışdan dərhal sonra yanğın baş verib.

Ukrayna Daxili İşlər Nazirliyindən verilən açıqlamada qəzanın baş vermə səbəbləri arasında helikopterdə texniki nasazlıq, təhlükəsizlik qaydalarının pozulması və diversiya ehtimalları mümkün sayılır. Ukrayna DİN-dən bildirilib ki, hadisənin səbəbi araşdırılır.

Nəriman Sultanoğlu
Missiya.Az


  • 18-01-2023, 13:23