İnsan hüquq və azadlıqlarının müdafiəsi təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən 110 günlük etiraz aksiyaları zamanı 73 jurnalist həbs edilib.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, həbs edilən media işçilərinin 38-i jurnalist, 25-i əyalət müxbirləri və 10 nəfəri isə fotojurnalistlərdir.
Tutulan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Şərq" qəzetinin əməkdaşlarının da adı var.
Bir neçə gün öncə Jurnalistləri Müdafiə Komitəsi bəyanat yayaraq Tehran rejiminin onlarla jurnalisti peşə fəaliyyətinə görə həbs etməsini pisləyib.
Jurnalistlərin Müdafiəsi Komitəsi illik hesabatında bildirib ki, İran jurnalistlərin ən çox həbs olunduğu ölkələr siyahısında birinci yeri tutur.
Nəriman Sultanoğlu
Missiya.Az