AZ   |   RU
"Türkiyə yaxın zamanda MDB ölkələrinə təsir gücünü artıracaq" - Rusiyalı siyasətçi

"Türkiyə Ermənistan ərazisindən keçməklə Mərkəzi Asiyaya nəqliyyat dəhlizini yaratmağa çalışır".

Missiya.Az
"Hraparak" nəşrinə istinadən xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Mərkəzi İnstitunun baş elmi işçisi, siyasi elmlər doktoru Andrey Kazantsev deyib.

Kazantsev bildirib ki, Ankara gələn il və ondan sonra belə siyasətini davam etdirəcək və bu, Türkiyənin MDB ölkələrinə təsirini artıracaq.

"Üstəlik, Ankara həm hərbi, həm geosiyasi, həm də geoiqtisadi maraqlarını düşünür. Ankara üçün vacib olan yeni enerji daşıyıcılarının tapılmasıdır və Mərkəzi Asiyada belə ölkələr çoxdur. Bu region gələcəkdə maraqların mərkəzi olacaq", - deyə siyasətçi vurğulayıb.

Rusiyalı siyasətçi qeyd edib ki, “erməni mövzusu” məhz buna xidmət edəcək: "Həm Ankara, həm də onun müttəfiqi Bakı çalışacaq ki, xüsusən də Türkiyə Ermənistan üzərindən onları Mərkəzi Asiyaya aparacaq nəqliyyat dəhlizinə malik olsun", - deyə Kazantsev bildirib.


Daşqın Həsənov
Missiya.Az 


  • 27-12-2022, 20:51