AZ   |   RU
Azərbaycanın alüminium ixracından gəlirləri 20%-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 202 946,97 min ABŞ dolları dəyərində 62 538,32 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat yayılıb. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 23%, həcmi isə 3,4% artıb.


Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 7,55% təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycan 188 529,24 min ABŞ dolları dəyərində 67 354,77 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

Hesabat dövründə, Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 66,2%, həcmi isə 12,6% artıb. 2021-ci ildə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 6,95% təşkil edib.


  • 16-12-2022, 17:34