“Rusiya, Çin və İran çoxqütblü dünya nizamının tərəfdarları kimi birləşib”.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar üzrə daimi nümayəndəsi Mixail Ulyanov deyib.
“Çin, İran və Rusiya. Bu, çoxtərəfli diplomatiyada yeni üçbucaqdır. Əslində, bu format asanlıqla uzadıla bilər. Çoxqütblülüyünü dəstəkləyən və nəyin bahasına olursa olsun birqütblü dünyanı qoruyub saxlamaq cəhdlərinin əleyhinə olan bir çox dövlətlər var”, - deyə Ulyanovvurğulayıb.
“Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin beynəlxalq münasibətlərin bərpası prinsiplərini müəyyən edib. O, beynəlxalq münasibətlər sistemini dəyişən “çoxqütblü” dünya nizamına uyğunlaşdırmağı təklif etdi”, - deyə diplomat qeyd edib.
Daşqın Həsənov
Missiya.Az